Monopak şirkəti haqqında məlumat
“Fostanpak” MMC şirkəti MONOPAK əmtəə nişanı ilə artıq 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Şirkətimiz alüminium folqa, bişirmə kağızı, qida streçi, texniki streç və tibb sahəsində istifadə olunan birdəfəlik məhsulların (əlcək və s.) istehsalı, idxalı, topdan və pərakəndə satışı, eləcə də ixracı ilə məşğuldur. Bununla yanaşı, qida istehsalında istifadə olunan müxtəlif qida əlavələrinin idxalı da şirkətimizin fəaliyyət istiqamətlərindən biridir.
Bundan əlavə, qida qablaşdırılmasında istifadə olunan məhsullar — kraft qutular, çəngəl, qaşıq, çanta, sızdırmaz qablar, əlcək, kağız stəkanlar və digər birdəfəlik vasitələr — 2000-dən çox çeşid üzrə məhsul portfelimizin əsasını təşkil edir. Qürurla qeyd edirik ki, post-sovet məkanında ən böyük qida streç filmi istehsalı məhz bizim zavodda həyata keçirilir. Hər il təxminən 150 ton məhsul Rusiya və Gürcüstana ixrac olunur. Bununla yanaşı, şirkətimiz bir çox tanınmış yerli və xarici markalar üçün “private label” (xüsusi marka) formatında məhsul tədarükü və qablaşdırma xidmətləri göstərir.
Müştərilərimizlə uzunmüddətli, davamlı və etibarlı tərəfdaşlıq əlaqələri quraraq, fəaliyyətimizi peşəkar səviyyədə davam etdiririk.



